Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır
Antonio Silva karyerasını Premyer Liqada davam etdirəcək.
TodayPress TV xəbər verir ki, Portuqaliya millisinin müdafiəçisi İngiltərə Premyer Liqasının “Bornmut” klubuna transfer olunmağa yaxındır.
22 yaşlı futbolçunun “Benfika”dan transferi ilə bağlı klublar arasında razılıq əldə olunub. Müqaviləyə əsasən, “Bornmut” bu keçid üçün 25 milyon avro ödəyəcək. Əlavə olaraq, bonuslar şəklində daha 5 milyon avro nəzərdə tutulub.
Transferin rəsmiləşdirilməsi üçün futbolçu yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Antonio Silva “Benfika” klubunun yetirməsidir və 2022-ci ilin yayından əsas komandada çıxış edir. Daha əvvəl onun xidmətində “Milan” klubunun da maraqlı olduğu bildirilirdi.
Namiq HUN