Piastri sprint yarışında poul qazandı
Avstraliyalı “McLaren” pilotu Oskar Piastri “Formula-1” üzrə dünya çempionatının Qətər Qran-prisinin sprint yarışında poul qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə GPBlog məlumat yayıb.
Sprint təsnifatındakı ilk üçlüyü Corc Rassel və Lando Norris təşkil edib.
“Ferrari” pilotu Lüis Hemilton Qətər Qran-prisinin sprint yarışının təsnifatında 18-ci yeri tutmasını soyuqqanlı qarşılayaraq, hər şey həmişəki kimidir deyib.
Hemiltonun komanda yoldaşı, monakolu Şarl Lekler Qətər Qra-prisinin sprint üzrə təsnifat mərhələsində doqquzuncu nəticə göstərib.
Qeyd edək ki, “Formula-1” üzrə dünya çempionatının Qətər Qran-prisinin sprinti bu gün, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Namiq HUN