Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi!

Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi!
10.08.2026 09:48 İdman

Braziliyanın San-Paulu şəhərində futbolçu Neymar tərəfindən təşkil olunan ənənəvi xeyriyyə hərracında UFC-nin sabiq çempionları Aleks Pereyra və Çarlz Oliveyra ilə görüş imkanı 310 min Braziliya realına (60,5 min dollar) satılıb.

TodayPress TV “MMA Fighting” nəşrinə istinadən xəbər verir ki, naməlum alıcı lot çərçivəsində Oliveyranın Quaruja şəhərindəki evində bir gün keçirmək, onunla nahar etmək və birgə məşq etmək imkanı əldə edib.

Pereyra isə hərracın qalibini ABŞ-da qəbul edəcək. Qalib braziliyalı döyüşçü ilə birgə məşq edəcək və onunla oxatma məşğələsində iştirak edəcək.

Bundan əlavə, lotun qalibinə əfsanəvi amerikalı ağır çəkili boksçular Mayk Tayson və Evander Holifildin imzaladığı boks əlcəkləri də təqdim olunacaq.

Hərracdan əldə olunan vəsait Neymarın təsis etdiyi “Instituto Projeto Neymar” fonduna yönəldilir. Təşkilat Braziliyanın Praya-Qrandi şəhərində yaşayan təxminən 3 min uşaq və yeniyetməyə dəstək göstərir.

Qeyd edək ki, 2025-ci ildə keçirilən hərrac nəticəsində 5,1 milyon dollar vəsait toplanıb. 2026-cı il tədbirində əldə olunan yekun məbləğ isə hələ açıqlanmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər