“Pentakampeonlar” Neymarla böyük hədəfə gedir!

İdman

14.05.2026 16:35

Neymarın DÇ-2026-da Braziliya yığma komandasının heyətində yer alacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 34 yaşlı hücumçunu dünya çempionatı üçün yekun heyətə daxil etməyi planlaşdırır.

Məlumata görə, Braziliya yığmasının yekun heyəti mayın 18-də açıqlanacaq.

Daha əvvəl “Globo” Neymarın 55 nəfərlik genişləndirilmiş siyahıya daxil edildiyini yazıb. Lakin bu, onun yekun heyətdə yer alacağına tam zəmanət vermir. Bunun üçün futbolçu fiziki hazırlığını təsdiqləməlidir.

Ançelotti də Neymarla bağlı qərarın ilk növbədə futbolçunun fiziki durumundan asılı olduğunu bildirib. İtaliyalı mütəxəssis onun istedadının müzakirə olunmadığını, əsas meyarın meydanda göstərdiyi forma və hazırlıq səviyyəsi olduğunu vurğulayıb.

Neymar 2023-cü ilin payızından Braziliya yığma komandasında oynamayıb. “Pentakampeonlar” dünya çempionatının qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaqlar.

Namiq HUN

TodayPress TV

tag: Neymar,DÇ-2026,Braziliya,Karlo Ançelotti,Todaypress.tv,