Pavel Sedko Azərbaycan çempionatında çıxış edə bilər

Pavel Sedko Azərbaycan çempionatında çıxış edə bilər
27.11.2025 12:10 İdman

Belarus millisinin və “Torpedo” (Jodino) komandasının futbolçusu Pavel Sedko karyerasını Azərbaycanda davam etdirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. 

Bildirilir ki, yarımmüdafiəçinin agenti Valeri Rusetski bu xəbəri paylaşsa da, futbolçunun xidmətində maraqlı olan klubun adını açıqlamayıb. O, sadəcə oyunçunu Azərbaycanla yanaşı, Qazaxıstan və Serbiya komandalarının da transfer etmək istədiyini bildirib.

Qeyd edək ki, Pavel Sedko Belarus yığma komandasının heyətində 14 oyunda 1 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər