Oveçkinə qarşı kobudluq cəzasız qaldı

İdman

04.01.2026 10:25

Rusiyalı xokkeyçi Aleksandr Oveçkin üçüncü hissədə klyuşka zərbəsinə məruz qalıb. Hakimlər epizodda qayda pozuntusu qeydə almayıblar. 

TodayPress TV xəbər verir ki, “Vaşinqton Kəpitals” klubunun kapitanı Aleksandr Oveçkinin ABŞ Milli Hokkey Liqasının müntəzəm çempionatı çərçivəsində “Çikaqo Blekxouks”la oyunda üzü yarılıb və dişi sınıb. 

Qarşılaşmanın üçüncü periodunda baş verən insident zamanı “Çikaqo”nun oyunçusu Luis Krevyer rusiyalı xokkeyçiyə klyuşka ilə güclü zərbə endirib. Oveçkinin dişi zədələnib. 

Hadisədən sonra Oveçkin hakimlərə etiraz etsə və zədələnmiş dişini göstərsə də, epizodda qayda pozuntusu qeydə alınmayıb. Krevyer oyunun hakimləri tərəfindən cəzalandırılmayıb.

Qeyd edək ki, görüş “Vaşinqton”un 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Paytaxt təmsilçisi oyunu bullitlər seriyasında uduzub. Aleksandr Oveçkin matç ərzində məhsuldar xalla yadda qalmayıb.

Namiq HUN

TodayPress TV

tag: Oveçkin,Hokkey,Cəza,Oyun,Todaypress.tv,