Onur Quluzadənin növbəti sınağı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb.
TodayPress TV xəbər verir ki, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı “WTT Youth Contender” turnirində mübarizə aparacaq.
Bu gün başlanan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq.
Xatırladaq ki, Onur, bugünlərdə Portuqaliyada təşkil olunan Avropa çempionatından vətənə bürünc medalla dönüb.
Namiq HUN