O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi”

O'Nil: “Təkəbbürüm mənə çox baha başa gəldi”
05.08.2026 10:39 İdman

NBA-nın Əfsanələr Zalının üzvü və dördqat çempion Şakil O'Nil “Los-Anceles Leykers”dən ayrılması ilə bağlı hələ də peşmanlıq hissi keçirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “All The Smoke” podkastında açıqlanıb. 

Onun sözlərinə görə, vaxtilə maaşının azaldılmasına razılıq versəydi və Kobe Brayantın komandanın əsas ulduzu olmasını qəbul etsəydi, “Leykers” daha çox çempionluq qazana bilərdi.

“İndi sahib olduğum təcrübə o vaxt olsaydı, yeddi çempionluğum ola bilərdi. Məni Kobe ilə münaqişəyə görə yox, maaşımı azaltmaq istəmədiyim üçün dəyişdilər. Daha sonra Kobe dedi ki, birlikdə ən azı 10 çempionluq qazana bilərdik. O vaxt pulum var idi. Sadəcə deməli idim ki, “Artıq bu komanda sənindir”. Mən yenə də öz oyunumu oynaya bilərdim.

Amma o vaxt düşünürdüm ki, mənə 150 milyon dollarlıq müqavilə lazımdır. İndi hər şeyi geri qaytara bilsəydim, yəqin ki, ailəmlə məsləhətləşərdim. Mənim təkəbbürüm mənə mane oldu. Sonradan “Mayami”yə keçdim, Dueyn Ueydlə birlikdə daha bir çempionluq qazandım. Amma karyeramı “Leykers”də başa vurmaq istəyirdim”, – deyə O'Nil bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər