Olmo “Real”la oyunu buraxacaq
“Barselona” klubunun futbolçusu Dani Olmo La Liqanın X turunda “Real Madrid”ə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Yarımmüdafiəçi zədəli olduğundan 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Dani Olmo İspaniya yığma komandasının məşqində zədələnib. Həkim müayinəsindən sonra yarımmüdafiəçiyə sol baldır əzələsində zədə diaqnozu qoyulub.
Qeyd edək ki, “Real” – “Barselona” matçı oktyabrın 26-da keçiriləcək.
Namiq HUN