"O olmasaydı, heç nəyiniz yox idi": Roy Kindən Portuqaliya federasiyasına sərt zərbə!
"Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Roy Kin hücumçu Kriştianu Ronaldunun Portuqaliya milli komandasındakı münaqişəsinə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "FullTime Report" sosial şəbəkə hesabında məlumat yayıb.
"Düşünürəm ki, Kriştianu Ronaldu milli komandanı unudub diqqətini 1000 qol həddinə çatmağa yönəltməlidir. O, Portuqaliya üçün hər şey edib, amma onlar yenə də ona hörmətsizlik edirlər. Hazırda kabinetlərində olan bütün kuboklar Ronaldunun sayəsindədir, bunu o mümkün edib, onlar onun adına hörmət qoymalıdırlar", - deyə Kin bildirib.
Qeyd edək ki, daha əvvəl baş məşqçi Jorje Jezuş aralarında hər hansı münaqişənin olmadığını desə də, Ronaldu yığmanın məşqini yarımçıq tərk etmişdi.
Namiq HUN