“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir

“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir
31.07.2026 15:05 İdman

“Arsenal” Bruno Gimarayensi 90 milyon avroya transfer edir.

TodayPress TV “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi “Nyukasl”ın yarımmüdafiəçisinin transferi ilə bağlı razılıq əldə edib.

“Arsenal” braziliyalı futbolçunun keçidi üçün Nyukasl-apon-Tayn təmsilçisinə 90 milyon avro ödəyəcək.

Bruno Gimarayens 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 41 oyuna çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.

Qeyd edək ki, daha əvvəl “Nyukasl”dan Entoni Qordon və Sandro Tonali də ayrılıb. Qordonun 80 milyon avroya “Barselona”ya, Tonalinin isə 108 milyon avroya “Tottenhem”ə keçdiyi bildirilir.

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər