Nostalji “El-Klasiko”: Madrid əfsanələri “Barselona”nı məğlub etdi

Nostalji “El-Klasiko”: Madrid əfsanələri “Barselona”nı məğlub etdi
11.02.2026 10:45 İdman

Kosta-Rikada Madrid “Real”ı ilə “Barselona” arasında əfsanəvi futbolçuların iştirakı ilə xüsusi matç keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə Ronaldinyo, İker Kasilyas, Karles Puyol və digər tanınmış sabiq ulduzlar meydanda yer alıblar.

Qarşılaşma “kral klubu”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın 24-cü dəqiqəsində Antonio Nunyes hesabı açaraq “Real”ı önə çıxarıb. Cəmi üç dəqiqə sonra Quti fərqi artıraraq madridlilərin üstünlüyünü möhkəmləndirib.

“Real”ın heyəti:

Kasilyas, Pepe, Fernando Sans, Raul Bravo, İvan Kampo, Makelele, Quti, De la Red, Nunyes, Konqo, Balboa.


“Barselona”nın heyəti:

Bayya, Montoya, Puyol, Valyente, Navarro, Mendieta, Krosas, Koku, Jüli, Rivaldo, Ronaldinyo.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər