Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır!

Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır!
04.08.2026 14:23 İdman

“Maklaren” komandasının pilotu və “Formula-1” üzrə dünya çempionu Lando Norris hesab edir ki, çempionat hazırda tarixinin ən uğurlu dövrünü yaşayır.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Motorsport Week” nəşrinə bildirib.

Britaniyalı sürücünün sözlərinə görə, “Formula-1” heç vaxt indiki qədər yüksək səviyyədə olmayıb.

“İdmanın hazırkı vəziyyətinə baxsaq, “Formula-1” heç vaxt indiki qədər yaxşı durumda olmayıb. Azarkeşlər, pilotlar və komandalar bunun üstünlüklərini görür. “Formula-1” hər zaman möhtəşəm idman növü olub və mən də daxil olmaqla, bu idmana bağlı olan hər kəs onu daha da inkişaf etdirməyə çalışır”, – deyə Norris bildirib.

Qeyd edək ki, Lando Norris daha əvvəl “Formula-1”də kommersiyalaşmanın artmasını tənqid etmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər