Neymar: “Eşitdiyim cəfəngiyyat insanlıqdan kənardır!”

İdman

29.11.2025 11:30

“Santos”un hücumçusu Neymar ağır diz zədəsi ilə bağlı yayılan şayiələrdən sonra meydana çıxmasına münasibət bildirib.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, forvard Braziliya A Seriyasının XXXVI turunda “Sport Resifi” ilə oyunun (3:0) fasiləsində zədəsi barədə danışıb:

“Mən heç vaxt heç bir anda öz karyeramı riskə atmaram, amma demək istədiyim yalnız budur, qalanı — sadəcə, spekulyasiyadır. İnsanlar çox şey uydurdular, bu isə məni həm kədərləndirdi, həm də çox narahat etdi. Mən insanam və heç kəs son günlər eşitdiyim cəfəngiyyatı eşitməyi haqq etmir. Hamınız çox diqqətli olmalısınız, çünki bu, insanın psixikasına zərər vurur”.

33 yaşlı futbolçu mövsümün sonunda sol diz menisk zədəsini müalicə etmək üçün artroskopik əməliyyata qatılacaq. Hazırda o, klubun liqadan düşməməsi üçün ağrıya baxmayaraq oynamağa hazırdır.

Xatırladaq ki, braziliyalı futbolçu “Mirasol”la oyunun (1:1) sonlarında zədə alıb.

“Santos”un “Sport Resifi” üzərində qələbəsindən sonra xal sayı 41-ə yüksəlib və komanda turnir cədvəlində 15-ci yerə qalxıb. Lakin düşmə zonasından fərq cəmi iki xaldır. 17-ci yerdə olan “Vitoria”nın (39 xal) ehtiyatda bir oyunu var.

Namiq HUN

TodayPress TV

tag: Neymar,Santos,Klub,Futbol,Todaypress.tv,