Nəriman “Kolambus Kryu”nu yarımfinala daşıdı!

Nəriman “Kolambus Kryu”nu yarımfinala daşıdı!
21.05.2026 09:12 İdman

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasında məhsuldar ötürmə ilə diqqət çəkib.

TodayPress TV xəbər verir ki, futbolçu ABŞ Açıq Kubokunun 1/4 final mərhələsində “Nyu-York Siti” üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda assist edib. 

Start heyətində meydana çıxan Nəriman 64-cü dəqiqədə əvəzlənib.

“Kolambus Kryu” yarımfinal  mərhələsində “Orlando Siti” ilə üz-üzə gələcək.

Xatırladaq ki, azərbaycanlı hücumçunun ABŞ klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər