“Neftçi”nin şikayəti təmin edilmədi

“Neftçi”nin şikayəti təmin edilmədi
17.09.2025 17:23 İdman

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubunun apellyasiya şikayətini təmin etməyib.

TodayPress TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar dəyişməyib. 

Xatırladaq ki, “Neftçi”nin futbolçusu İqor Ribeyro “Turan Tovuz”a uduzduqları Premyer Liqanın III turunun oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalandırılıb, “Neftçi” klubuna isə 3000 manat məbləğində cərimə tətbiq edilib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər