"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu
16.08.2026 18:20 İdman

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının "Sea Breeze"də keçirilən mərhələsində mübarizəni başa vurub.

TodayPress TV xəbər verir ki, paytaxt təmsilçisi 1/4 finalda İspaniyanın "Madrid" kollektivi ilə üz-üzə gəlib.

İspaniya təmsilçisi əlavə vaxtda 14:12 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komanda daha əvvəl B qrupunda İspaniyanın "Arrasate Ointxe" klubunu (12:10) və Çinin "Yanjinq" kollektivini (21:13) üstələmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər