NBA təcrübəli məşqçi “Gəncə”nin sükanı arxasına keçdi
“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress TV xəbər verir ki, yeni mövsümdən komandanı ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq.
47 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə bağlanıb.
Xatırladaq ki, Martin Knejeviç 12 illik peşəkar məşqçi karyerasında 7 ölkədə işləyib. O, bu müddət ərzində Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. Mütəxəssis NBA-nın “Dallas” və “Klivlend” kimi klublarında da çalışıb.
Namiq HUN