NBA-də yeni rekordçu: Buzer Lebron Ceymsi geridə qoydu!

NBA-də yeni rekordçu: Buzer Lebron Ceymsi geridə qoydu!
30.10.2026 12:14 İdman

“Memfis Qrizliz”in 19 yaşlı hücumçusu Kameron Buzer NBA tarixində tripl-dabl edən ən gənc forvard olub.

TodayPress TV xəbər verir ki, amerikalı basketbolçu bu nailiyyətə 2026/2027-ci illər mövsümünün müntəzəm çempionatı çərçivəsində “Portlend Treyl Bleyzers”lə keçirilən oyunda imza atıb. “Memfis”in 124:103 hesablı qələbəsi ilə başa çatan görüşdə Buzerin 19 yaşı 104 günü tamam olub.

O, NBA-də peşəkar karyerasının cəmi beşinci matçında ilk tripl-dablını rəsmiləşdirib. Buzer qarşılaşmada 18 xal toplayıb.

Bundan əvvəl forvardlar arasında ən gənc tripl-dabl rekordu Lebron Ceymsə məxsus idi. O, 19 yanvar 2005-ci ildə “Klivlend Kavalyers”in “Portlend” üzərində 107:101 hesablı qələbə qazandığı matçda 20 yaş 20 günlük olarkən 27 xal, 11 ribaund və 10 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, Kameron Buzer 2026-cı il NBA draftında “Memfis Qrizliz” tərəfindən üçüncü nömrə altında seçilib. O, bundan əvvəl Dyuk Universitetinin komandasında çıxış edib.

Namiq HUN

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər