69 qol, 8 qələbə: Rusiya millisi dünya çempionatında 19-cu oldu!

69 qol, 8 qələbə: Rusiya millisi dünya çempionatında 19-cu oldu!
30.10.2026 12:30 İdman

Rusiyanın 2011-ci il təvəllüdlü futbolçulardan ibarət U-15 millisi dünya çempionatı və FIFA festivalında 189 ölkə komandası arasında 19-cu yeri tutub.

TodayPress TV xəbər verir ki, rusiyalı futbolçular 19-cu yer uğrunda görüşdə Bosniya və Herseqovina yığmasını 7:0 hesabı ilə darmadağın ediblər.

Rusiya millisi daha əvvəl ilkin mərhələnin qrupunda Türkiyə, Əfqanıstan, Syerra-Leone, Sudan və Cibuti komandalarını geridə qoyaraq birinci yeri tutub. Beş oyunun hamısında qələbə qazanan komanda 15 xal toplayıb və top fərqi 44:1 olub.

Rusiya yığması pley-off mərhələsinin 1/16 finalında Meksikaya 2:3 hesabı ilə uduzub. Bundan sonra 17-32-ci yerlər uğrunda mübarizəyə qoşulan komanda Cənubi Koreyanı 4:1, Kamerunu isə 9:2 hesabı ilə məğlub edib. Peru ilə qarşılaşmada isə əsas vaxt 3:3 hesabı ilə başa çatıb və rusiyalılar penaltilər seriyasında 4:5 hesabı ilə uduzublar.

Beləliklə, Rusiya millisi turnirdə keçirdiyi 10 oyunun səkkizində qələbə qazanıb, iki dəfə məğlub olub. Komanda ümumilikdə 69 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər