Parisdə hədəf bəllidir: Zirvəni heç kimə verməmək!

Parisdə hədəf bəllidir: Zirvəni heç kimə verməmək!
30.10.2026 11:51 İdman

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Fransa Liqa 1-də yenidən turnir cədvəlinə liderlik etməsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

İspaniyalı mütəxəssis komandanın birinci pilləyə yüksəlməsindən məmnunluğunu ifadə edib.

“Bu, ilk gündən qarşıya qoyduğumuz məqsəddir. Turnir cədvəlində ən çox sevdiyimiz mövqe məhz birinci pillədir! Mövsümə belə başlamaq, əlbəttə, çox xoşdur. Hazırda çempionatın IX turu keçirilir və bu, hələ başlanğıcdır.

Liderlik müəyyən təzyiq yaradır, eyni zamanda bizi qələbələri davam etdirməyə və zirvədə qalmağa daha çox motivasiya edir. İndi əsas məsələ eyni ruhda davam etmək və yaranmış fürsətdən maksimum yararlanmaqdır.

“Lion”la oyunda komandanın nümayiş etdirdiyi kollektiv ruh da xüsusi əhəmiyyət daşıyır. Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçuların qollar vurması və məhsuldar ötürmələr etməsi həm komanda, həm də oyunçuların özləri üçün çox vacibdir. Bu, kim olduğumuzu və futbol fəlsəfəmizin nədən ibarət olduğunu göstərir. Bu məqam həm bizə, həm də azarkeşlərimiz üçün önəmlidir”, – deyə bildirib.

Qeyd edək ki, səkkiz oyundan 17 xal toplayan Paris təmsilçisi Fransa çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər