Pentaqonun generalı məxfi məlumatları mediaya ötürdü - Ukrayna və İranla bağlı nələr dedi?

Pentaqonun generalı məxfi məlumatları mediaya ötürdü - Ukrayna və İranla bağlı nələr dedi?
30.10.2026 10:43 Dünya

ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli generalı Ukrayna və İranla bağlı məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri istintaq hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqondakı vəzifəsindən uzaqlaşdırılan general-leytenant Brett Silviya bir il ərzində müxtəlif media qurumlarından olan iki jurnalistə məxfi məlumatlar ötürüb.

Bildirilib ki, general dörd poliqraf testindən keçə bilmədikdən sonra günahını etiraf edib. O, mediaya icazəsiz məlumat ötürməkdə ittiham olunur.

İstintaq hesabatına əsasən, məlumat sızması 2025-ci ilin iyun ayında başlayıb. Silviya jurnalistlərlə görüşlərini Pentaqonun ictimaiyyətlə əlaqələr şöbəsi ilə razılaşdırmayıb və ötürdüyü məlumatların əvvəlcədən yoxlanılmasını təmin etməyib.

Qeyd edək ki, ABŞ-nin müdafiə naziri Pit Heqset general-leytenant Brett Silviyanı Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin rəisi vəzifəsindən azad edib. Onun işdən çıxarılması barədə məlumatı daha əvvəl “The Atlantic” jurnalı da yayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər