U-15 millimizin mundial macərası 84-cü pillədə başa çatdı
Azərbaycanın U-15 millisi FIFA dünya çempionatı və festivalında sonuncu oyununu keçirib.
TodayPress TV xəbər verir ki, yığmamız 83-cü yer uğrunda görüşdə Əfqanıstan komandası ilə qarşılaşıb.
Matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Əfqanıstan millisi daha dəqiq oynayaraq 3:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan komandası mundialı 84-cü pillədə başa vurub.
Xatırladaq ki, millimiz AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komandamız qrup mərhələsində Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Yığma qrupda 9 xal toplayıb.
Azərbaycan millisi C Divizionunda 81-96-cı yerlər uğrunda mübarizədə Çiliyə (1:3) və Vyetnama (2:4) məğlub olub. Komandamız Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabı ilə üstələyib.
Namiq HUN