SEPAH hərbçilərin maaşını belə ödəyə bilmir - Bessent

SEPAH hərbçilərin maaşını belə ödəyə bilmir - Bessent
30.10.2026 11:57 Dünya

ABŞ-nin tətbiq etdiyi sanksiyalar İranın maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Tehran hətta öz ordusunu maliyyələşdirməkdə çətinlik çəkir.

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "X" hesabında yazıb.

Bessent bildirib ki, Vaşinqtonun həyata keçirdiyi “İqtisadi Təcrid Əməliyyatı” nəticəsində İran rejiminin maliyyə resursları tükənir və onun dəstəklədiyi silahlı qruplaşmalar təzyiq altında qalır.

Nazirin sözlərinə görə, Tehran vəsait köçürməkdə çətinlik çəkir, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə öz hərbçilərinə maaş ödəyə bilmir.

Bessent əlavə edib ki, ABŞ sanksiyaları İranın husiləri, HƏMAS-ı və "Hizbullah"ı maliyyələşdirmək imkanlarını da məhdudlaşdırır.

“Tehranın terror kampaniyasını maliyyələşdirməyə davam etməsinə icazə verməyəcəyik”, – deyə o vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər