Dronlar Moskvanı iflic etdi - Uçuşlar dayandırıldı - VİDEO
Ötən gecə Ukraynanın dron hücumları təhlükəsi səbəbindən Moskvanın bütün hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.
TodayPress TV xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşarkən 800-dən çox dronun vurulduğunu deyib.
Məlumata görə, bu, Ukrayna qüvvələrinin dron hücumları nəticəsində Rusiyanın böyük şəhərlərində hava nəqliyyatının ciddi şəkildə pozulduğu ilk hadisə deyil.
Məhdudiyyətlər aviaşirkətlərə böyük maliyyə itkiləri yaradır. Sərnişinlər isə uçuşlarını saatlarla, bəzi hallarda günlərlə gözləməli olurlar.
Jalə Rövşən