ABŞ-dən Baltikyanı ölkələrə xəbərdarlıq: Rusiyaya qarşı ritorikanı yumşaldın

ABŞ-dən Baltikyanı ölkələrə xəbərdarlıq: Rusiyaya qarşı ritorikanı yumşaldın
30.10.2026 11:04 Dünya

ABŞ rəsmiləri Baltikyanı ölkələrə Rusiyadan gələn təhdidlərlə bağlı sərt açıqlamalarını yumşaltmağı tövsiyə edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, son həftələrdə Pentaqon rəsmiləri bir neçə NATO ölkəsinin, xüsusilə Estoniya, Latviya və Litvanın Rusiyaya qarşı qarşıdurma xarakterli bəyanatlarının Avropanın təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini bildiriblər.

ABŞ nümayəndələri Baltikyanı ölkələrlə ikitərəfli görüşlər zamanı bu ölkələrin ritorikasını yumşaltmasının vacibliyini vurğulayıblar.

Pentaqon isə ikitərəfli görüşlərin məxfiliyini əsas gətirərək məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 OKTYABR 2026
Bütün Xəbərlər