NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı

NBA azarkeşlərinin səbirsizliklə gözlədiyi tarix açıqlandı
05.08.2026 09:27 İdman

ABŞ Milli Basketbol Assosiasiyası (NBA) 2026/2027-ci illər mövsümünün Ulduzlar Həftəsonunun tarixlərini rəsmən açıqlayıb.

TodayPress TV xəbər verir ki, tədbir 2027-ci il fevralın 19-dan 21-dək ABŞ-nin Arizona ştatının Finiks şəhərində keçiriləcək.

Ənənəyə uyğun olaraq proqramda “Rising Stars Challenge”, bacarıq müsabiqəsi, üç xallıq atış müsabiqəsi, slam-dank yarışı və “NBA All-Star” oyununun keçirilməsi nəzərdə tutulur.

Bununla belə, tədbirlərin dəqiq cədvəli və keçiriləcəyi arenalar hələ açıqlanmayıb.

Qeyd edək ki, NBA Ulduzlar Oyunu sonuncu dəfə 2009-cu ildə Finiksdə təşkil olunmuşdu. Şəhər 2027-ci ildə bu tədbirə 18 ildən sonra yenidən ev sahibliyi edəcək və tarixində dördüncü dəfə “All-Star” həftəsonunu qəbul edəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər