Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı!

Narazılıqdan sonra “Maklaren” yeni şöbə yaratdı!
06.08.2026 13:06 İdman

“Maklaren” komandası “Mersedes” güc qurğusunun işini daha səmərəli optimallaşdırmaq məqsədilə daxili strukturunda yeni bölmə yaradıb.

TodayPress TV xəbər verir ki, Bu barədə “Auto Hebdo” nəşri məlumat yayıb.

Komandanın texniki direktoru Mark Templ bildirib ki, artıq kollektivdə yalnız güc qurğusunun məhsuldarlığı ilə məşğul olan xüsusi komanda fəaliyyət göstərir. Onun sözlərinə görə, bu qərar “Mersedes”lə əməkdaşlıq zamanı yaranan narazılıqlar fonunda qəbul edilib.

“İndi güc qurğusunun performansına cavabdeh öz komandamız var. Bu bölmə aqreqatdan maksimum nəticə almağa çalışır. Mütəxəssislər trasdan əldə olunan məlumatları təhlil edir, yarış mühəndisləri ilə işləyir, simulyator və digər proqramlardan istifadə edərək mühərrikin göstəricilərini optimallaşdırırlar”, – deyə Templ bildirib.

Texniki direktor qeyd edib ki, yeni hibrid güc qurğularının tətbiqi komandadan əlavə bilik və fərqli iş prinsipi tələb edir. Onun sözlərinə görə, əvvəllər bu istiqamətdə ayrıca strukturun yaradılmasına ehtiyac olmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər