“Napoli” qapıçısını itirdi
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi olan “Napoli”nin qolkiperi Aleks Meret zədələnib.
TodayPress TV ANSA-ya istinadən xəbər verir ki, o məşq zamanı ayağından xəsarət alıb.
28 yaşlı italiyalı futbolçu bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Aleks Meret cari mövsüm “neapolitanlar”ın heyətində dörd matça çıxıb. Qolkiper 2022/2023 və 2024/2025 mövsümündə “Napoli” ilə İtaliya çempionu olub.
Qeyd edək ki, “Qarabağ” “Napoli” ilə noyabrın 25-də İtaliyada qarşılaşacaq.
Namiq HUN