Naftalana uzanan çətin mərhələnin qalibi müəyyənləşdi
İdman
13.05.2026 13:29
“Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin qalibi müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Gəncə - Göygöl - Goranboy - Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalana qədər uzanan 152,8 kilometrlik marşrutda finiş xəttini birinci Marco Manenti keçib.
“Bardiani CSF 7 Saber” komandasının italiyalı velosipedçi mərhələnin qalibi olub.
“Astana”dan Henok Mulubrhan ikinci, Ekvadorun “Roojai İnsurance Winspace” komandasının üzvü Pita Kristian David isə üçüncü yeri tutub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirə mayın 14-də yekun vurulacaq.
Namiq HUN
tag: Bakı-Xankəndi,Velosiped,Yarış,Komanda,Todaypress.tv,
