Nadalın mentallığı, Cokoviç taktikası: Alkaras xəyalındakı tennisçini təsvir etdi!
Yeddiqat “Böyük Dəbilqə” çempionu, dünyanın üç nömrəli raketka ustası olan ispaniyalı tennisçi Karlos Alkaras müxtəlif nəsillərin təmsilçilərindən ən güclü keyfiyyətləri seçərək ideal obraz formalaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Tiempo De Tennis” “X” sosial şəbəkəsində paylaşım edib.
Alkaras ideal tennisçinin xüsusiyyətlərini belə sıralayıb:
Forhend (sağdan zərbə): Xuan-Martin del Potro
Bekhend (soldan zərbə): Yannik Sinner
Tor önündə oyun: Rocer Federer
Ayaq hərəkətləri (sürət və mobillik): Karlos Alkaras
Zərbə seçimi: Novak Cokoviç
Mental dözümlülük: Rafael Nadal
Taktika: Rafael Nadal / Novak Cokoviç
Məlumat üçün bildirək ki, Alkaras hazırda Yaponiyanın Tokio şəhərində keçirilən “ATP-500” turnirində mübarizə aparır. İspaniyalı tenisçi finala vəsiqə uğrunda həmyerlisi Xaume Munarla qarşılaşacaq.
Namiq HUN