“MY”də baş məşqçi dəyişikliyi
İdman
05.01.2026 15:11
“Mançester Yunayted” Ruben Amorimin istefasını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssis “qırmızı şeytanlar”da 2024-cü ilin noyabrından çalışırdı. Bundan əvvəl Amorim Portuqaliyanın “Sportinq” klubunda baş məşqçi postunu tutub. O, Lissabon təmsilçisi ilə ölkə çempionu titulunu qazanıb.
Premyer Liqanın növbəti turunda “Mançester Yunayted” səfərdə “Börnli” klubu ilə qarşılaşacaq. Amorimin istefasından sonra komandanın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq Darren Fletçer icra edəcək.
Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 oyundan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. Mançester təmsilçisi lider “Arsenal”dan 17 xal geri qalır.
Namiq HUN
tag: Ruben Amorim,Mançester Yunayted,Klub,İstefa,Todaypress.tv,
