“MY” Amorimi Qlasnerlə əvəzləyə bilər
İdman
05.01.2026 17:00
“Mançester Yunayted” klubunun baş məşqçi postu üçün Oliver Qlasnerin namizədliyi nəzərdən keçirilir.
TodayPress TV The Independent nəşrinə istinadən xəbər verir ki, klub onu istefaya göndərilən Ruben Amorimi əvəzləyəcək əsas namizəd kimi görür.
Hazırda “Kristal Pelas”a rəhbərlik edən Qlasner yaxın zamanda “Mançester Yunayted”in yeni baş məşqçisi ola bilər.
Qlasnerdən başqa, bu vəzifəyə digər namizədlər sırasında “İpsviç”in baş məşqçisi Kiran Makkenna və daha əvvəl “Çelsi”dən qovulan Enzo Mareska da yer alır. Bundan əlavə, hazırda Almaniya millisinin baş məşqçisi olan Yulian Nagelsmannın təyinatı ehtimalı da istisna edilmir.
Qeyd olunur ki, “Mançester Yunayted”in idman direktoru Kristofer Vivell Nagelsmannın işi ilə yaxından tanışdır.
Xatırladaq ki, bu gün Ruben Amorimin “Mançester Yunayted”dən istefası rəsmi şəkildə açıqlanıb.
Namiq HUN
tag: Mançester Yunayted,Oliver Qlasner,Ruben Amorim,Klub,Todaypress.tv,
