Musiala məşqlərə başladı
“Bavariya”nın FIFA Klublararası Dünya Çempionatının mərhələ yarışında zədələnən yarımmüdafiəçisi Camal Musiala məşqləri bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky” nəşri məlumat yayıb.
Futbolçu yüngül qaçış edərək bəzi sadə məşq hərəkətlərini yerinə yetirib.
Bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi dekabr ayında yaşıl meydanlara qayıtmağı planlaşdırır.
Xatırladaq ki, Camal Musiala iyulun 6-da PSJ ilə matçın gedişində Cianluici Donnarumma ilə toqquşaraq ayağını sındırmışdı.
Namiq HUN