Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu
Güləş üzrə U-17 dünya çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, turnirin dördüncü günündə Azərbaycanın beş qadın güləşçisi mundialın mükafatları uğrunda mübarizə aparıb.
Təsnifat mərhələsindən çempionata qatılan Fatimə Bayramova (53 kq) mundialda İsrail və Moldova güləşçiləri üzərində qələbə qazansa da, 1/4 finalda ABŞ-dən olan Marli Solomona 1:8 hesabı ilə uduzub.
Qadın güləşi üzrə milli komandamızın üzvlərindən Gülxanım Şirinova, Nuray Cəfərli, Simurə Abdullayeva və Fidan Babayeva isə dünya çempionatında keçirdikləri ilk görüşdə məğlub olublar.
Xatırladaq ki, ötən gün Azərbaycanın dörd qadın güləşçisi də mundialda uğursuz çıxış edib.
Namiq HUN