Mundialda komandaların sayı artırıla bilər

Mundialda komandaların sayı artırıla bilər
12.07.2026 22:20 İdman

FİFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının gələcəkdə 64 komandaya çatdırılması məsələsinin nəzərdən keçirilə biləcəyini açıqlayıb.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

İnfantino bildirib ki, FİFA-nın məqsədi dünya çempionatında iştirak imkanlarını daha çox ölkə üçün əlçatan etməkdir.

“Bütün dünya dünya çempionatı haqqında xəyal qura bilməlidir, təkcə Avropa və Cənubi Amerika deyil”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda FIFA Dünya Çempionatında 48 komanda iştirak edir. İştirakçı sayının 64-ə çatdırılması ilə bağlı hələlik rəsmi qərar qəbul olunmayıb.

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər