Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım

Mudrik üçün yeni yol açıldı! Diskvalifikasiyadan sonra ilk addım
11.08.2026 14:41 İdman

“Çelsi”nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudriklə bağlı yeni məlumat yayılıb.

TodayPress TV xəbər verir ki, insayder Fabrizio Romanonun sözlərinə görə, London təmsilçisi Mudrik üçün icarə təkliflərini nəzərdən keçirməyə hazırdır.

Bildirilir ki, ukraynalı futbolçu ilə bəzi İtaliya klubları və “Strasburq” maraqlanır. Bununla belə, Mudrikin özünün İngiltərə Premyer Liqasında çıxış edən başqa komandaya keçmək istədiyi bildirilir.

Qeyd edək ki, Mixail Mudrik 2024-cü ildə dopinq testində meldonium maddəsinin izlərinin aşkarlanmasından sonra müvəqqəti olaraq futboldan kənarlaşdırılıb. 2025-ci ilin mayında İngiltərə Futbol Assosiasiyası (FA) yarımmüdafiəçini antidopinq qaydalarını pozmaqda ittiham edib və daha sonra futbolçuya dördillik diskvalifikasiya tətbiq olunub.

FA 2026-cı il iyulun 31-də Mudriklə bağlı intizam araşdırmasının başa çatdığını və onun diskvalifikasiyasının ləğv edildiyini təsdiqləyib.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər