Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi

Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi
12.08.2026 11:06 İdman

İspaniyalı futbol mütəxəssisi Xosep Qvardiola “Real Madrid”in baş məşqçisi Joze Mourinyo haqqında çəkilən üçseriyalı sənədli filmdə yer almayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Bildirilir ki, layihənin rejissoru Co Perlman Qvardiolanın müsahibə üçün dəvət edildiyini təsdiqləyib. İspaniyalı mütəxəssis çəkilişlərdə iştirak etməyə ilkin razılıq verib, lakin bir şərt irəli sürüb: müsahibədən əvvəl onunla şəxsən Mourinyo danışmalıdır.

Tərəflər bu məsələdə razılığa gələ bilməyib və nəticədə Qvardiola sənədli filmin yekun versiyasında yer almayıb.

Qeyd edək ki, Mourinyo və Qvardiola İspaniya və İngiltərə çempionatlarında çalışdıqları dövrdə prinsipial rəqib olublar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər