Mourinyo: “Oyunçular azarkeşlər qarşısında məsuliyyət daşıyır”

İdman

22.11.2025 12:45

“Benfika” klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya Kubokunun 1/16 finalında “Atletiko Lissabon” üzərində 2:0 hesablı qələbədən sonra komandanın çıxışı barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə Record nəşri məlumat yayıb. 

Mourinyo matçdan sonra komandanın ilk hissədəki oyunundan ciddi narazılıq bildirib:

“Birinci hissədə çox pis oynadıq. Məni ən çox məyus edən odur ki, futbolçular oyuna düzgün münasibət göstərmədilər. Fasilədə mən dörd dəyişiklik etdim, amma istəsəydim doqquzunu da dəyişərdim. Matçlara ciddi yanaşmaq lazımdır.

Problem sistemdə yox, oyunçularda idi. Bugün heyətdə rotasiya etdik və bəzi əsas oyunçular start heyətdə deyildi. Mən ‘Benfika’nın baş məşqçisiyəm və məsuliyyət mənim üzərimdədir, amma futbolçuların da azarkeşlər qarşısında öz məsuliyyəti var. Münasibət məsələsi müzakirə olunmur — bunu qəbul etmirəm. Mən oyunçuları tənqid edirəmsə, deməli özümü də tənqid edirəm — çünki onlardan maksimumu ala bilməmişəm.”

Qeyd edək ki, Joze Mourinyo sentyabr ayından “Benfika”nı çalışdırır.

Xatırladaq ki, “Qarabağ” sentyabrın 16-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Lissabonun “Eştadiu da Luş” stadionunda “Benfika”ya 3:2 hesabı ilə  qalib gəlib. Bu məğlubiyyətdən sonar 2024-cü ilin sentyabrından “Benfika”nı çalışdıran baş məşqçi Brunu Laje postunu Joze Mourinyoya təhvil verib. 

Namiq HUN

TodayPress TV

tag: Benfika,Mourinyo,Klub,Oyun,Todaypress.tv,