Monteneqro millisi Mirko Vuçiniçə tapşırıldı

Monteneqro millisi Mirko Vuçiniçə tapşırıldı
20.09.2025 13:15 İdman

Mirko Vuçiniç Monteneqro yığma komandasına rəhbərlik edəcək.

TodayPress TV xəbər verir ki, Monteneqro Futbol Assosiasiyasının rəsmi saytı bu barədə məlumat yayıb. 

Vuçiniç ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis 2007-2017-ci illərdə Monteneqro yığma komandasının şərəfini qoruyub. O, milli formada meydana çıxdığı 46 oyunda 17 dəfə fərqlənərək komandanın ən çox qol vuran ikinci futbolçusu olub. Mirko Vuçiniç klub karyerasında “Leççe”, “Roma” və “Yuventus”da çıxış edib.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər