Monakoda qalmaqallı final: Qaslinin podiumu əlindən alındı, Hacar 3-cü oldu!

Monakoda qalmaqallı final: Qaslinin podiumu əlindən alındı, Hacar 3-cü oldu!
04.09.2026 14:54 İdman

FIA-nın Beynəlxalq Apellyasiya Məhkəməsi "McLaren" və "Red Bull" komandalarının şikayətlərini təmin edərək, "Alpine" pilotu Pyer Qaslinin Monako Qran-prisində qazandığı üçüncü yeri ləğv edib. 

TodayPress TV xəbər verir ki, fəxri kürsünün 3-cü pilləsi "Red Bull" idmançısı Isak Hacara qaytarılıb.

Xatırladaq ki, Monako yarışında Qasli pit-leyndə sürəti həddindən artıq aşdığı üçün iki dəfə 5 saniyəlik cəza almışdı. O, yarış zamanı cəzaları çəkmədən finişə 3-cü çatsa da, cərimələr nəzərə alındıqdan sonra 7-ci pilləyə geriləmiş, podium isə Hacara nəsib olmuşdu.

Daha sonra "Alpine" yeni sübutlar təqdim edərək qərara baxılmasını tələb etmişdi. LIDAR skanının göstəricilərinə əsasən pit-leynin uzunluğunun səhv ölçüldüyü və Qaslinin sürət həddini aşmadığı bildirildiyi üçün stüardlar cərimələri ləğv etmiş, fransalıya 3-cü yeri qaytarışdılar. Lakin "McLaren" və "Red Bull" bu qərardan apellyasiya şikayəti veriblər.

Məhkəmə iddiaçıların mövqeyini haqlı sayıb. Qərarda qeyd olunur ki, yarış zamanı artıq çəkilmiş cəzalara təkrar baxıla bilməz. Oskar Piastri ("McLaren") və Corc Rassell ("Mercedes") cəzalarını yarış əsnasında çəkdikləri üçün onların nəticələrinə düzəliş edilməyib. 10 saniyəlik cəzasını yarışda çəkməyən Qaslinin podiumu elə bu səbəbdən əlindən alınıb. Beləliklə, Isak Hacar Monakodakı 3-cü yerini bərpa edərək "Red Bull"a 2026-cı il mövsümündə ilk podiumunu qazandırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər