MMA ulduzu Makqreqordan yeni il mesajı
İrlandiyalı MMA döyüşçüsü və iki çəki dərəcəsində UFC çempionu olmuş Konor Makqreqor 2026-cı ilin başlaması münasibətilə cəsarətli foto paylaşıb.
Bu barədə TodayPress TV məlumat yayıb.
Döyüşçü paylaşımına belə yazıb:
“2026. Hamınızı yeni il münasibətilə təbrik edirəm!”
Qeyd edək ki, hazırda Konor 37 yaşındadır. O, 2013-cü ildə UFC-də döyüşçü kimi fəaliyyətə başlayıb. Ümumi olaraq, MMA-da 28 döyüş keçirib, onlardan 22-ni qələbə ilə başa vurub və 6 məğlubiyyət yaşayıb.
Xatırladaq ki, Konor 2021-ci ilin yayında UFC 264 turnirində Dastin Poriya ilə döyüşdən sonra ayağını sındıraraq döyüşlərə ara verib və o vaxtdan bu yana rinqə çıxmayıb.
Namiq HUN