MLS-dən transfer zərbəsi: “Kolumbus Kru” Nərimanı heyətinə qatdı
ABŞ-nin MLS təmsilçisi “Kolumbus Kru” klubu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin transferini rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayına qədər uzunmüddətli müqavilə imzalanıb.
Bildirilib ki, Nəriman Axundzadə ABŞ-də peşəkar idmançılara verilən xüsusi P-1 vizasını aldıqdan sonra rəsmi şəkildə komandanın heyətinə qoşulacaq və oyunlarda iştirak edə biləcək.
Namiq HUN