Müstəqilliyin Bərpası Günü münasibətilə Bakıda kütləvi yürüş keçirildi - FOTO

Müstəqilliyin Bərpası Günü münasibətilə Bakıda kütləvi yürüş keçirildi - FOTO
18.10.2026 21:30 İdman

“Bakı - Dünya İdman Paytaxtı 2026” çərçivəsində, Müstəqilliyin Bərpası Günü münasibətilə Gənclər və İdman Nazirliyi oktyabrın 18-də “Zirvəyə birlikdə qalxaq?!” şüarı altında kütləvi yürüş təşkil edib.

TodayPress TV xəbər verir ki, aktiv həyat tərzinin təbliği və fiziki fəallığın təşviqi məqsədi daşıyan yürüşdə 500-dək iştirakçı bir araya gəlib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müxtəlif yaş qruplarından olan şəhər sakinləri, “İdman səfirləri” və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bakı Funikulyorunun qarşısından start götürən iştirakçılar 566 pillə qalxaraq Dağüstü parkda finişə çatıblar.

Tədbirin sonunda bütün iştirakçılara xatirə medalları təqdim edilib.

XƏBƏR LENTİ
18 OKTYABR 2026
Bütün Xəbərlər