Millinin baş məşqçisi istefa verdi

Millinin baş məşqçisi istefa verdi
09.09.2025 17:08 İdman

Bolqarıstan Futbol Federasiyası ölkə yığmasının baş məşqçisi İlyan İliyevin istefa verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Bolqarıstan Futbol Federasiyası mütəxəssisə peşəkarlığına, fədakarlığına və milli komandaya verdiyi töhfələrə görə təşəkkürünü bildirərək, gələcək karyerasında uğurlar arzulayıb. 

Öz növbəsində, İlyan İliyev də dəyişikliklərin komanda ətrafındakı gərginliyi azaldacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, mütəxəssis istefasını Bolqarıstan millisinin İspaniya və Gürcüstana 2026-cı il dünya çempionatının seçmə oyunlarında məğlubiyyətindən sonra təqdim edib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər