Millimizin əsas qapıçısı əməliyyat olundu
Azərbaycan yığma komandasının və “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat keçirib.
TodayPress TV xəbər verir ki, 31 yaşlı qolkiper bu gün Almaniyanın Plattlinq şəhərində yerləşən özəl klinikalardan birində sol bud oynağından uğurla əməliyyat olunub.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin əməliyyat və sonrakı müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
Namiq HUN