Millimiz final mərhələsinə Kanada ilə oyunla başlayacaq

Millimiz final mərhələsinə Kanada ilə oyunla başlayacaq
09.09.2025 13:17 İdman

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Final mərhələsində ilk dəfə iştirak edəcək millimiz B qrupunda mübarizə aparacaq. Komandamız sentyabrın 13-də, Bakı vaxtı ilə saat 11:25-də Kanada, 2 saat sonra isə Latviya yığması ilə qarşılaşacaq. İlk yarış gününün son oyununu millimiz saat 16:55-də “CS Rapid” klubuna qarşı keçirəcək.

Qeyd edək ki, Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13–14-də Çinin Şanxay şəhərində baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər