Millimiz dünya üçüncüsü oldu

Millimiz dünya üçüncüsü oldu
25.08.2025 09:00 İdman

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

TodayPress TV xəbər verir ki, Yunan-Roma güləşi üzrə milli komandamız mötəbər yarışda 1 dəst medal qazanıb. 

90 xal toplayan yığmamız komanda hesabında dünya üçüncüsü olub. 

Millimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər