Millimiz dünya çempionatının yarımfinalına yüksəldi

Millimiz dünya çempionatının yarımfinalına yüksəldi
22.11.2025 09:15 İdman

İspaniyada şahmat üzrə dünya çempionatı davam edir.  

TodayPress TV xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığma komandası mundialın yarımfinal mərhələsinə yüksəlib.

Linares turnirinin 1/4 finalında Gürcüstanla qarşılaşan yığma ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşıb.

İkinci görüşdə 2,5:1,5 hesablı qələbə qazanan millimiz adını yarımfinala yazdırıb. 

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər