Millilərimizdən Türkiyədə böyük hədəf: Qələbə və reytinq xalları!
Azərbaycanın qadın və kişi çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
TodayPress TV Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, millilər turnirdə qələbə uğrunda mübarizə aparacaqlar.
Azərbaycanı qadınların yarışında Səbinə Əlizadə – Leyla Əliyeva, kişilərin turnirində isə Nəriman Bayramlı – Məhəmməd Aslanlı cütlükləri təmsil edəcəklər.
Qeyd edək ki, FIVB reytinq xalları qazandıracaq turnir avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində keçiriləcək.
Namiq HUN